<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>483</hymn_number>
<title>Mənim ağır yüklü, qəmli günlərim İL483</title>
<lyrics>[V1]
 Mənim ağır yüklü, qəmli günlərim
 Artıq unudulub, sevincə dönmüş.
 İblis caynağından qurtulub artıq
 Bizə həyat verən Məsihə dönmüş.

[C1]
   Məsihdir dünyaya qurtuluş verən,
   Məsihdə dirilir günahçün ölən.
   Məsihdir nicatım, Məsihdir həyatım,
   Onunla həll olar müqəddəratım.

[V2]
 İsanın İsminə iman edərək
 Saleh adını almağa tələs.
 Saleh yaşayaraq bu dünyada sən,
 Allahın övladı olmağa tələs.

[V3]
 Tələs ki, az qalıb vaxtın sonuna,
 Rəbbin qoyduğu möhlət bitəcək.
 Bulud üzərində Rəbbimiz gələcək
 Xalqını Göylərə aparmaq üçün.</lyrics>
</song>